• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Polisə tabe olmayan "avtoş" saxlanıldı

CƏMİYYƏT

19 Iyul 2023 | 12:18

Polisə tabe olmayan "avtoş" saxlanıldı

Yevlaxda polisin qanuni tələbinə tabe olmayan sürücü avtoxuliqanlıq edib.

Bu barədə Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, iyulun 18-də saat 12 radələrində Bakı-Qazax yolunun 260-cı kilometrliyində “KamAZ” markalı avtomobil çəkisini müəyyən etmək məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Tərəziyə dəvət olunan sürücü polisin qanuni tələbinə tabe olmayaraq avtomobili hərəkətə gətirib, patrul avtomobillərinin “Saxla” işarəsinə də məhəl qoymayaraq onların, həmçinin manevr qaydalarını pozub avtoxuliqanlıq hərəkətlərini davam etdirərək digər nəqliyyat vasitələrinin sürücülərinə qarşı da real təhlükə yaradıb.

Görülən tədbirlərlə avtomobil dayandırılıb, bu zaman sürücü düşərək qaçmağa cəhd göstərib. Lakin polis əməkdaşlarının çevikliyi sayəsində o, saxlanılıb.

Onun 37 yaşlı Balakən rayon sakini Asiman Əsgərov olması məlum olub və Yevlax Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026