• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koronavirusun yeni ştamı Azərbaycanda da aşkarlandı? - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

18 Avqust 2023 | 10:39 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirusun yeni ştamı Azərbaycanda da aşkarlandı? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, koronavirusun EG.5 adlı yeni variantı yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus EG.5-in omikron ştamının yeni variantının dünyada sürətlə yayıldığını bildirib.

Bakıvaxtı.az xatırladır ki, bu barədə qurumun saytında dərc olunan hesabatda deyilir. Sənəddə bildirilir ki, EG.5 XBB.1.9.2-nin nəslindəndir və XBB.1.5 ilə eyni amin turşusu profilinə malikdir. EG.5 valideyn XBB.1.9.2 ilə müqayisədə sünbül zülalında əlavə f456l amin turşusu mutasiyasını daşıyır.

İlk dəfə 17 fevral 2023-cü ildə qeydə alınıb.

Cəmiyyət arasında EG.5 variantının artıq Azərbaycanda da yayılması ilə bağlı söz-söhbətlər gəzir. Hətta yenidən maska rejiminə qayıdılacağını iddia edənlər də var.

Koronavirusun RG.5 ştamı Azərbaycanda da aşkarlanıb? Bakıvaxtı.az məsələ ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinə sorğu göndərib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycanda COVID-19-un EG.5 variantına yoluxma qeydə alınmayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026