• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Havanın temperaturu bir neçə dərəcə enib - FAKTİKİ HAVA

CƏMİYYƏT

18 Avqust 2023 | 10:23 | Müəllif: Subhan Mahmudov

Havanın temperaturu bir neçə dərəcə enib - FAKTİKİ HAVA

Azərbaycan ərazisində faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, avqustun 18-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, lakin 17-də günün ikinci yarısında Qusarda qısamüddətli az yağış yağıb.

Havanın temperaturu ötən günlərlə müqayisədə bir neçə dərəcə enərək Bakıda və Abşeron yarımadasında 31-36 dərəcə, Naxçıvan MR-da 35-40 dərəcə (Ordubadda 40 dərəcə), Aran rayonlarında 34-38 dərəcə, Gəncə-Qazax zonasında 35-38 dərəcə, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026