• Bakı 9° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Şirvan sakinindən 1 kq heroin götürüldü

HADİSƏ

19 Yanvar 2023 | 15:46

Şirvan sakinindən 1 kq heroin götürüldü

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini Hidayət Yəhyayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun üzərinə keçirilən baxış zamanı 4 qramdan artıq narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq H.Yəhyayevin yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 220 qram heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR