Tibb işçilərinin mərkəzləşmiş qaydada işə qəbul alt sistemi Səhiyyə Nazirliyinə və TƏBİB tabeli tibb müəssisələrini əhatə edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.
Onun sözlərinə görə, tibb müəssisələri tərəfindən elan olunmuş vakant yerlərə müraciət edən namizədlərin bilik və bacarıq səviyyəsinin vəzifəyə uyğun olmasının müəyyən edilməsi məqsədilə şəffaflıq şəraitində müsahibə keçirilir:
"Bu işə qəbul prosesini sürətləndirmək və şəffaflığı təmin etmək məqsədilə yaradılıb. Tibb sahəsində çalışan vətəndaşlar asanlıqla müraciət edərək namizədliklərini irəli sürə bilirlər. Müsahibə başa çatdıqdan sonra bütün namizədlərin yekun balları sistem üzərindən avtomatik müqayisə edilərək ən yüksək bal toplamış namizəd sistem tərəfindən seçilir. Bu nəticələr barədə hər bir namizədə fərdi qaydada sistem üzərindən avtomatik məlumat daxil olur".
Mütəxəssis qeyd edib ki, bu proses tam ödənişsiz şəkildə həyata keçirilir və əgər uyğundursa, asanlıqla müraciət edə bilər.
Mina Mikayılova