• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sobçak Rusiyaya qayıtdı

DÜNYA

07 Noyabr 2022 | 16:35 | Müəllif: Subhan Mahmudov

Sobçak Rusiyaya qayıtdı

Rusiyalı tanınmış jurnalist və teleaparıcı Kseniya Sobçak Rusiyaya qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Sobçakın hazırda Rusiya sərhədini keçdiyi və Pskov vilayətində olduğu bildirilib.

Xatırladaq ki, Sobçak 12 gün bundan əvvəl Rusiyanı Belarus vasitəsilə ilə tərk edərək Litvaya getmişdi.

Qeyd edək ki, bir müddət əvvəl Sobçakın evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılmışdı. Axtarışın əvvəl onun kommersiya direktoru barəsində olan cinayət işi çərçivəsində aparıldığı açıqlansa da, sonradan Sobçakın saxlanılması barədə orderin olması barədə məlumat yayılıb. Jurnalistin "Rostex"in rəhbərindən 11 milyon rubl məbləğındə hədə qorxu ilə pul tələb olunması ilə bağlı açılan cinayət işində adının keçdiyi barədə əvvəl məlumat yayılsa da, sonradan həmin cinayət işində şübhəli şəxs olmadığı bildirilib.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026