• Bakı 16° C

    1.01 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Sühməramlılar Qarabağı tərk edərsə... - Paşinyan

DÜNYA

11 Oktyabr 2023 | 14:09 | Müəllif: Qalib İbrahimoğlu

Sühməramlılar Qarabağı tərk edərsə... - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Bişkekdə keçiriləcək sammitində iştirak etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Paşinyan Ermənistan ictimai televiziyasına müsahibəsində bildirib. O, bununla bağlı Qırğızıstan Prezidenti Sadır Japarovu məlumatlandırıb.

Azərbaycanın Qarabağ bölgəsindən çıxarılacaq Rusiya sülhməramlı kontingentinin Ermənistanda yerləşdirilməsinin mümkünlüyü barədə jurnalistlərin suallarını cavablandıran Paşinyan deyib: "Rusiyanın sülhməramlı kontingenti Qarabağı tərk edərsə, Ermənistana köçürülməməli, Rusiyaya qayıtmalıdır”.

N.Paşinyan əlavə edib ki, sərhəddə atəşkəsin pozulması barədə hər gün xəbərlər verilir. Lakin hazırda Ermənistan-Azərbaycan sərhədində gərginlik və ya qoşunların cəmləşməsi müşahidə olunmur.azərtac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026