Sumqayıtda üçmərtəbəli tikilinin sonuncu mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 540 kvadratmetr olan tikilinin taxta konstruksiyalardan ibarət üçüncü mərtəbəsi əşyaları ilə birgə 180 kvadratmetr sahədə yanıb.
Tikilinin birinci və ikinci mərtəbələri yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
***
13:21
Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən yanğının tam söndürülməsi istiqamətində işlər yekunlaşıb.
***
13:01
Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın məhdudlaşıdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən hazırda yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.
***
12:47
Sumqayıtda yanan tikilinin narkomanlar üçün Reabilitasiya Mərkəzi olduğu məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tədbirlər həyata keçirir.
***
12:28
Sumqayıtda tikilidə yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasının yaxınlığında tikilidə qeydə alınıb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
FHN-dən "Report"a fakt təsdiqlənib. Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.