• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Supermarketlərdə qızlar alıcılara elektron siqaretlər təklif edirlər

CƏMİYYƏT

07 May 2024 | 13:44

Supermarketlərdə qızlar alıcılara elektron siqaretlər təklif edirlər

“İstərdim ki, Azərbaycanda heç kim siqaret çəkməsin, ölkəmizdə siqaret istehsal olunmasın”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, dünyada siqaretlərlə bağlı bir çox tədqiqat var:

“Britaniyada aparılan araşdırmada deyilir ki, tütünü tərgitmək istəyənlər elektron siqaretlərdən istifadə etsinlər. Biz isə deyirik ki, elektron siqareti ləğv edək. COP29 üçün deyirik ki, ekologiyanı sağlamlaşdıraq. “Reklam haqqında” qanuna görə, siqaretin reklamı qadağandır. Çıxaq bu dəqiqə baxaq, məktəblərin yanı bütün siqaret reklamlarıdır”.

Onun sözlərinə görə, supermarketlərdə qızlar əllərində alıcılara elektron siqaretlər təklif edirlər.

“Təklif edirəm, siqaretin satışı ilə məşğul olanlara xərac ödəyək ki, onlar heç olmasa COP29 dövründə siqaretin reklamını dayandırsın. Bu qanun layihəsinə bir də baxılmasını təklif edirəm”,-deyə Qüdrət Həsənquliyev qeyd edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 May 2024