• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

"SWG SPA"nın rəhbəri: "Exit-poll" prosesi zamanı heç bir problem yaşanmayıb

SİYASƏT

01 Sentyabr 2024 | 21:54 | Müəllif: Gülşən Şərif

"SWG SPA"nın rəhbəri: "Exit-poll" prosesi zamanı heç bir problem yaşanmayıb

"952 seçki məntəqəsində “exit-poll” keçirmişik. Ümumilikdə 76 mindən çox seçicinin fikri öyrənilib. Proses zamanı heç bir problem yaşanmayıb".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri sentyabrın 1-də keçirilən mətbuat konfransında növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı “exit-poll” keçirən İtaliyanın SWG S.P.A Tədqiqatlar Şirkətinin tədqiqat rəhbəri Rado Fonda deyib.

“Biz yetkinlik yaşına çatan və səsvermə hüququ olan seçicilər arasında sorğu keçirmişik. “Exit-poll” 3 dəqiqə ərzində baş tutub”, - deyə o əlavə edib.

Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 deputatlığa namizəd mübarizə aparıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026