• Bakı 7° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Szinpin Britaniyanın baş naziri ilə danışdı

DÜNYA

23 Avqust 2024 | 20:27 | Müəllif: Subhan Mahmudov

Szinpin Britaniyanın baş naziri ilə danışdı

Böyük Britaniyanın Baş naziri Keyr Starmer ilə Çin Sədri Si Szinpin arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, liderlər birgə əməkdaşlıq, Böyük Britaniya ilə Çin arasında ticarət, iqtisadiyyat və təhsil sahələrində potensial əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər.

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi liderlər iqlim dəyişikliyi və qlobal təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər.

Starmer və Szinpin Böyük Britaniya-Çin münasibətlərinin sabit və ardıcıl olması, eləcə də onların xarici və daxili işlər üzrə nazirləri arasında dialoqun zəruriliyi və digər məsələlər haqqında danışıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026