• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsrail ordusu "Əl-Cəzirə"nin ofisini ələ keçirdi

DÜNYA

22 Sentyabr 2024 | 18:02 | Müəllif: Subhan Mahmudov

İsrail ordusu "Əl-Cəzirə"nin ofisini ələ keçirdi

İsrail ordusu Qətərin "Əl-Cəzirə" telekanalının Fələstinin Ramallah şəhərindəki ofisini ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə telekanal özünün sosial şəbəkə səhifələrində məlumat yayıb.

Silahlı əsgərlər içəri girərək sənədləri ələ keçirib və kanalın bölgədəki yayımını dayandırıblar.

Telekanalın məlumatına görə, ərazidə atışma səsləri eşidilib və hərbçilər jurnalistləri ofisdən çıxarmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, daha əvvəl Təl-Əviv Rayon Məhkəməsi Qətərin "Əl-Cəzirə" telekanalının yayımına qoyulan qadağanı və onun İsraildəki 21 ofisinin bağlı qalması müddətini daha 45 gün uzadıb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026