• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

BMT-nin Baş qərargahında təhlükəsizlik tədbirləri gücləndirildi

DÜNYA

22 Sentyabr 2024 | 18:54 | Müəllif: Subhan Mahmudov

BMT-nin Baş qərargahında təhlükəsizlik tədbirləri gücləndirildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Gələcək Sammitinin açılışı ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, qurumun baş qərargahında media nümayəndələri üçün əlavə keçid məntəqələri quraşdırılıb, yoxlama prosedurları da sərtləşdirilib.

Qərargah binası daxilində və onun ərazisində jurnalistlərin hərəkətinə məhdudiyyətlər də tətbiq edilib. Bəzi sektorlara, o cümlədən nümayəndələrin gəliş zonasına giriş BMT personalının müşayiəti ilə olacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026