Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, “Mercedes”, “Skoda” və “Lada Priora” markalı minik avtomobilləri yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Lada Priora” markalı avtomobil yanıb. Qəza nəticəsində “VAZ-2107” deformasiyaya uğrayıb.
İlkin məlumata görə, zəncirvari qəzada üç nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.
İsmayıl Alısoy


































