• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Təhlükəli asteroid Yerə yaxınlaşır

CƏMİYYƏT

22 Mart 2021 | 09:41

Təhlükəli asteroid Yerə yaxınlaşır

Bu gün 2001 FO32 kimi qeydə alınmış asteroid Yerin yaxınlığından ötüb keçəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Kosmik Agentliyi NASA-nın saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, kosmik cisim planetimizə 2 milyon kilometr məsafədən keçəcək. Onun yerlə toqquşma ehtimalı mövcud deyil. Buna baxmayaraq, astronomlar FO32-nin Yerə yaxınlığını nəzərə alaraq, onu təhlükəli hesab edirlər.  

Alimlərin sözlərinə görə, asteroidin diametri 440-680 metr arasındadır.

Qeyd edək ki, hələ 2001-ci ildə aşkar olunan səma cismi 2052-ci ildə yenidən planetimizin yaxınlığından ötəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR