• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

"Teleqram"da mühüm YENİLİK

CƏMİYYƏT

16 Sentyabr 2023 | 09:43

"Teleqram"da mühüm YENİLİK

Noyabr ayından etibarən pul kisəsi funksiyası “Telegram” parametrlərində görünəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə messencerin yaradıcısı Pavel Durov öz kanalında məlumat yayıb.

O bildirib ki, kripto pul kisəsinin tətbiqə inteqrasiyası tərtibatçılara messencerə yüzlərlə yeni faydalı funksiya əlavə etməyə imkan verəcək.

Qeyd edək ki, “Wallet” kripto pul kisəsi funksiyası ilk dəfə 2022-ci ilin yanvarında “Telegram” istifadəçiləri üçün əlçatan olub. Messencerin noyabr yeniləməsindən sonra yenilik ABŞ və bəzi digər ölkələrdən kənarda olan hər bir istifadəçinin parametrlərində görünəcək.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR