• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Teymur Musayev ÜST-ün Baş direktoru ilə görüşdü

CƏMİYYƏT

17 Iyun 2022 | 11:17

Teymur Musayev ÜST-ün Baş direktoru ilə görüşdü

Bu gün IX Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

Səhiyyə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, ölkəmizə səfərinə və Qlobal Bakı Forumunda iştirak etdiyinə görə ÜST-nin Baş direktoruna təşəkkürünü bildirən Teymur Musayev COVID-19 pandemiyasına qarşı mübarizədə nüfuzlu səhiyyə təşkilatının Azərbaycanla uğurlu əməkdaşlığını, eyni zamanda qurumun verdiyi tövsiyələrin vacibliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Tedros Adhanom Qebreyesus COVID-19-a qarşı uğurlu mübarizənin aparılmasına, ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib. Tedros Adhanom Qebreyesus həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının sıx əməkdaşlıq etdiyini və Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.

Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.


Teymur Musayev ÜST-ün Baş direktoru ilə görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026