• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ticarət mərkəzindən oğurluq edildi

HADİSƏ

23 Mart 2023 | 11:22

Ticarət mərkəzindən oğurluq edildi

Bakıda ticarət mərkəzindən 1 000 manatlıq geyim əşyaları oğurlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 21-də saat 22 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 1 000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Fərrux Qəribov saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR