• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Tokayev Almaniyaya gedəcək

DÜNYA

23 Sentyabr 2023 | 17:41

Tokayev Almaniyaya gedəcək

Sentyabrın 28-29-da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Almaniyaya rəsmi səfəri baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kasım-Jomart Tokayev Berlində federal kansler Olaf Şolts və federal prezident Frank-Valter Ştaynmayerlə danışıqlar aparacaq.

Qazaxıstan lideri Mərkəzi Asiya və Almaniya dövlət başçılarının görüşündə də iştirak etməyi planlaşdırır.

Bundan əlavə, səfər proqramına Tokayevin Berlin Qlobal Dialoq beynəlxalq forumunda çıxışı və Almaniyanın işgüzar dairələrinin nümayəndələri ilə bir sıra görüşlər daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026