Bazar günü ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının prezidenti Ursula Fon Der leyen arasında keçirilən telefon danışığı məhsuldar keçib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Aİ hələ də iyulun 9-a qədər Vaşinqtonla ticarət razılaşması əldə etmək niyyətindədir.
“Biz ABŞ ilə razılaşma əldə edərək tariflərdən yayınmaq istəyirik. Fikrimizcə tariflər bizə ziyan verəcək. Aİ hər iki tərəfə xeyirli olan bir razılaşmanı hədəfləyib”- deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, avqustun 1-dən etibarən ABŞ bir sıra ölkələrlə ticarətdə əlavə tarif tətbiq edəcək.