Livanı hədəf alan hücumlar İsrailin bölgəni xaosa sürükləmək səylərinin yeni mərhələsidir.
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda İsrailin bütün regionu xaosa sürüklədiyi vurğulanıb:
"İsraili qeyd-şərtsiz dəstəkləyən ölkələr Netanyahuya siyasi maraqları naminə qan tökməsinə yardım edir. BMT Təhlükəsizlik Şurasının lazımi tədbirlər görməyə çağırırıq".
Qeyd edək ki, ötən gün İsrail ordusunun Livandakı Hizbullah mövqelərinə həyata keçirdiyi hava hücumları son illərin ən ölümcül hücumları hesab olunub. Hücumlar nəticəsində ən azı 492 nəfərin öldüyünü açıqlanıb.
Gülşən Şərif
















