• Bakı 12° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Azərbaycan-Qazaxıstan münasibətləri möhkəm hüquqi təməllər üzərində qurulub

SİYASƏT

23 Oktyabr 2024 | 20:10

Azərbaycan-Qazaxıstan münasibətləri möhkəm hüquqi təməllər üzərində qurulub

"Azərbaycan və Qazaxıstan münasibətləri möhkəm hüquqi təməllər üzərində qurulub və inkişaf edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bu ölkənin Respublika Günü münasibətilə təşkil olunan tədbirdə deyib.

O bildirib ki, hazırda yeni məzmun kəsb edən münasibətlərimiz strateji tərəfdaşlıq və müttəfiqliyə və hüquqi təməllərə əsaslanır:

"Bizim ölkələrimizin münasibətləri hüquqi sənədlərə əsaslanır. Qazaxıstan hökuməti tərəfindən Füzulidə inşa edilmiş və artıq istifadəyə verilən Kurmanqazi adına Yaradıcılıq Mərkəzi əlaqələrimizin daha da inkişafını göstərir. Eyni zamanda əminik ki, Qazaxıstanın TDT-yə sədrliyi uğurla tamamlanacaq. Azərbaycan Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin rolunun daha da artırılması üzrə səylərini göstərəcək".(apa)


SON XƏBƏRLƏR