• Bakı 12° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

COP29-dan əvvəl yol xəritəsi təqdim olunacaq

COP29

23 Oktyabr 2024 | 20:47

COP29-dan əvvəl yol xəritəsi təqdim olunacaq

"Ötən il Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) maliyyə portfeli 43 milyard dollar təşkil edib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının Dayanıqlı maliyyə mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” konfransında deyib.

O bildirib ki, bu məbləğin 14 milyard dolları dayanıqlı yaşıl maliyyəyə yönəldilib, eyni zamanda, dayanıqlı inkişaf və iqlim ilə bağlı layihələrə də 15 milyard dollar cəlb edilib.

“IFC olaraq, həmçinin Mərkəzi Bank ilə bir neçə istiqamət üzrə əməkdaşlıq edirik. Yaxın gələcəkdə IFC yaşıl tikinti sektoru üçün yeni tənzimləmə və dəstək mexanizmi yaratmağı planlaşdırır. Bu, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi ilə bağladığımız memorandumun nəticəsi olacaq. Azərbaycanda yaşıl binaların tikintisi üzrə yol xəritəsi hazırlanacaq və təqdim olunacaq. Yol xəritəsinin COP29-dan əvvəl təqdim ediləcəyi gözlənilir”, - deyə L.Hüseynli qeyd edib.


SON XƏBƏRLƏR