• Bakı 12° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

BRICS ölkələri COP29-un Azərbaycanda uğurlu keçiriləcəyinə inanır

COP29

23 Oktyabr 2024 | 19:35

BRICS ölkələri COP29-un Azərbaycanda uğurlu keçiriləcəyinə inanır

BRICS ölkələri BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29-un Azərbaycanda uğurlu keçiriləcəyinə inandıqlarını ifadə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BRİCS-in Kazanda keçirilən 16-cı sammitinin yekunlarına dair Bəyannamədə bildirilib.

“Biz COP29-un Azərbaycanda uğurla həyata keçirilməsinə sadiq olduğumuzu bildiririk. COP29-dan inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətli iqlim maliyyələşməsi sahəsində məzmunlu nəticələr gözləyirik”, deyə bəyannamədə qeyd olunub.

BRICS ölkələri tərəfindən 2025-ci ildə COP30-a ev sahibliyi etməkdə Braziliyanın liderliyinə dəstək ifadə olunub. Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyi alqışlanıb.


SON XƏBƏRLƏR