• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

NATO Baş katibi: "Türkiyədəki terror aktını pisləyirik"

DÜNYA

23 Oktyabr 2024 | 19:29 | Müəllif: Gülşən Şərif

NATO Baş katibi: "Türkiyədəki terror aktını pisləyirik"

"Biz terrorizmin bütün formalarını şiddətlə qınayırıq".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte “X” platformasındakı paylaşımında bildirib.

“Ankarada ölən və yaralananlarla bağlı xəbərlər narahatlıq doğurur. NATO müttəfiqimiz Türkiyənin yanındadır. Biz terrorizmin bütün formalarını şiddətlə qınayırıq və hadisələri yaxından izləyirik”, - Rutte paylaşımında qeyd edib.

O, indilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankaradakı terror aktı ilə bağlı telefon danışığı apardığını da vurğulayıb: “Mənim mesajım aydın idi: NATO Türkiyənin yanındadır!”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026