• Bakı 13° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Audiovizul Şuradan "Xəzər TV"yə XƏBƏRDARLIQ 

MEDİA

23 Oktyabr 2024 | 18:31

Audiovizul Şuradan Xəzər TVyə XƏBƏRDARLIQ 

Audiovizual Şura “Xəzər TV”nin efirində yayımlanan qeyri-etik sözə görə kanala xəbərdarlıq edib.

Bu barədə Bakıvaxtı.az-aŞuradan məlumat verilib.

Bildirilib ki, buna səbəb "Xəzər TV" kanalının efirində 22 oktyabrda saat 22.00-23.10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadənin efirə verilməsidir.

Qeyd edilib ki, serialın yayımı zamanı (saat 22.32-da) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmayıb və bununla da, "Media haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi pozulub.

"Xəzər TV-nin efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilib",- deyə məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR