Türkiyədə İŞİD terror təşkilatının üzvlərinə qarşı xüsusi əməliyyat keçirilib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat İstanbul şəhərində keçirilib. Şəhərin 10 ilçəsində 19 müxtəlif ünvana eyni vaxtda basqın edilib.
Nəticədə axtarışda olan 19 nəfərdən 15-i saxlanılıb. Onların hamısı İŞİD üzvləridir. Hazırda araşdırmalar davam etdirilir.
















