Türkiyənin 3 hərbçisi həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, hadisə Suriya ilə sərhəddəki Şanlıurfa sərhəd xəttində baş verib. Belə ki, terrorçuların yerləşdirdiyi qumbaranın partlaması nəticəsində 3 hərbçi həlak olub.
















