• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Amerika Ukraynaya hərbi yardımı artırmaq istəyir

DÜNYA

07 Fevral 2022 | 22:43 | Müəllif: Qalib İbrahimoğlu

Amerika Ukraynaya hərbi yardımı artırmaq istəyir

ABŞ administrasiyası Konqreslə Ukraynaya hərbi yardımın artırılması üzərində işləyir.

Bakıvaxtı.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken məlumat verib.

“Biz Konqreslə, tərəfdaş və müttəfiqlərimizlə birgə Ukraynanın özünü müdafiə etməsinə yardım üçün köməyi hiss ediləcək qədər artırmaq üzərində işləyirik”, deyə Blinken qeyd edib.

Dövlət katibi xatırladıb ki, ABŞ ötən il Ukraynaya 650 milyon dollarlıq yardım ayırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026