ABŞ konqresmenləri 2022-ci maliyyə ilində Ukraynaya 13,6 milyard dollar yardım ayırmaq barədə razılığa gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi məlumat verib.
Bildirilib ki, bura Ukrayna infrastrukturunun Rusiya və digər müdaxilələrdən, kiberhücumlardan qorumaq üçün vəsaitin ayrılması da daxildir.
















