ABŞ Slovakiyaya “Patriot” hava hücumundan müdafiə sistemi göndərəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib.
“Mənim göstərişimlə ABŞ ordusunun idarə etdiyi bir “Patriot” hava hücumundan müdafiə sistemi Slovakiyaya yenidən yerləşdirilir”, - Ostin söyləyib.
Qeyd edək ki, bu gün Slovakiya özünün S-300 müdafiə sistemini Ukraynaya göndərib.
















