• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ-ın birinci xanımının Ukraynaya GİZLİ SƏFƏRİ

DÜNYA

08 May 2022 | 17:40

ABŞ-ın birinci xanımının Ukraynaya GİZLİ SƏFƏRİ

ABŞ Prezidenti Cozef Baydenin xanımı Cill Bayden Ukraynaya gizli səfər edib.

Bu barədə Bakıvaxtı.az Ukrayna mətbuatına istinadən xəbər verir.

Zakarpatye Regional Şurası məlumatı təsdiqləyib.

Yerli mətbuatın məlumatına görə, ABŞ-ın birinci xanımı Cil Bayden Ujqorodda Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.

“Cill Bayden və Yelena Zelenski Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər.

"Məlum səbəblərdən Ujqorod səfəri elan olunmayıb, mümkün qədər məxfi saxlanılıb və media üçün qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.

Hazırda Cill Bayden Ukrayna ərazisini tərk edib”, - Zakarpatye Regional Şurasının bəyanatında deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026