Rusiyanın BMT-dəki səfiri Avropa Şurasının prezidenti Şarl Mişelin Rusiyanı qlobal ərzaq böhranına səbəb olmaqda günahlandırmasından sonra qurumun Təhlükəsizlik Şurasının iclasını tərk edib.
Bakıvaxtı.az-ın məlumatına görə, Şarl Mişel bildirib ki, Rusiya ərzaq ehtiyatlarından inkişaf etməkdə olan dünyaya qarşı “gizli raket” kimi istifadə edir və insanları yoxsulluğa sürükləyir.
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia Mişeli yalan danışmaqda ittiham edib: “Ukrayna yemək yağının, həmçinin qarğıdalı və buğda kimi dənli bitkilərin böyük ixracatçısıdır. Rusiya həmçinin böyük miqdarda taxıl və gübrə ixrac edir. Bu ixracın olmaması alternativlərin qiymətinin qalxmasına səbəb olub”.
Nuranə Daxilqızı
















