• Bakı 16° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Əhaliyə çölə çıxmamaqla bağlı xəbərdarlıq edildi

DÜNYA

08 May 2022 | 21:30

Əhaliyə çölə çıxmamaqla bağlı xəbərdarlıq edildi

İranın paytaxtı Tehranda havanın çirkliliyinin 201 mikroqram/kubmetr səviyyəsinə yüksəlməsi səbəbindən uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblərin fəaliyyəti dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, paytaxtda havanın çirklənməsi növbəti dəfə həyəcan səviyyəsinə yüksəlib.

“Sağlamlıq üçün təhlükəli hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə fövqəladə hallar komitəsi yaradılıb. Bu gün uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün xüsusi məktəblər bağlanıb”, - Tehran bələdiyyə sədrinin müavini Abid Mələki deyib.

Yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edən Mələki şagirlərə də qadağa qoyuluğunu açıqlayıb.

Tehran dünya şəhərləri arasında havanın çirklənməsi reytinqində 12-ci yerdədir. Şəhərin hava sirkulyasiyası üçün yararsız yerdə yerləşməsi, nəqliyyatın sıxlığı, köhnə maşınlar və çox istifadə edilən motosikletlərdən çıxan qazlar Tehranda havanın çirklənməsini artıran amillərdən hesab edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026