Tayvanın Çanxua şəhərinin Huatan bələdiyyəsində çalışan işçilərin yarısı koronavirusa yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bələdiyyə sədri Qu Şenq-minq təmizlik işlərinin pozulmasının qarşısını almaq üçün işə qarışıb. Qollarını işçi paltarında çırmalayan Qu Şenq-minq bütün mahalda təmizlik işlərinə başlayıb.
Bələdiyyə sədrini zibil maşınının sükanı arxasında görənlər təəccüblənib. O, vətəndaşların "Niyə zibil yığırsınız" suallarına "Başqa çarəmiz yoxdur. İişçilərin çoxu COVID olub" deyə cavab verib.
Aytac Aslan

















