• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkə bilər

DÜNYA

07 Iyul 2022 | 15:20

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkə bilər

Finlandiya parlamenti Rusiya ilə sərhəddə hasar çəkməyə icazə verən qanun layihəsini təsdiqləyib.

Bakıvaxtı.az “Röyters”ə istinadən xəbər verir ki, təklif səs çoxluğu ilə qəbul olunub.

Bu, Rusiyanın ölkənin gələcək NATO üzvlüyünə cavab olaraq hərəkətə keçə biləcəyi narahatlığı ilə bağlıdır.

Qeyd edək ki, Finlandiyanın Rusiya ilə sərhədi meşəlik ərazidən keçir.

Xatırladaq ki, mayın ortalarında Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. İyunun sonunda NATO-nun Madriddə keçirilən sammitində Finlandiya və İsveç rəsmi olaraq Alyansa dəvət olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026