Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.
Bakıvaxtı.az “Sky nuys”a istinadən xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib.
“Mən yeni lider seçilənə kimi vəzifəmi icra edəcəyəm”, - o bildirib.
Qeyd edək ki, Mühafizəkarlar Partiyası yeni liderin və yeni baş nazirin təyin olunması tələbi ilə çıxış edib.
*** 12:15
Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün istefa verəcəyi gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
O, payızadək Baş nazirin səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, son günlər Böyük Britaniyada siyasi böhran yaranıb. Hakim Mühafizəkarlar Partiyasının rəhbərliyi hökumət başçısı B.Consonu siyasi təşkilatın fəlsəfəsi və dəyərlərini risk altında qoymaqda günahlandırırlar. Britaniya hökumətinin üçdəbir hissəsi buna etiraz olaraq istefa verib.















