• Bakı 23° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

“Taliban” Tacikistan ərazisini atəşə tutdu

DÜNYA

08 May 2022 | 17:28

“Taliban” Tacikistan ərazisini atəşə tutdu

“Taliban” döyüşçüləri Tacikistanla həmsərhəd olan Farxor bölgəsinə doğru 7 raket atıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tacikistanın güc strukturlarındakı mənbə bildirib.

“Taliban” ümumilikdə yeddi raket atıb. Onlardan dördü Pənc çayına, daha üçü isə yaxınlıqdakı meşə zolağına düşüb”, - mənbə bildirib.

“Tacikistan ərazisində atışma zamanı xəsarət alan olmayıb”, -deyə o, əlavə edib.

Qeyd edək ki, sonradan Əfqanıstanla Tacikistan sərhədi yaxınlığında “Taliban”la İŞİD qüvvələri arasında döyüşlərin getdiyi məlum olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026