• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyə XİN Kramatorsk vağzalına hücumu pislədi

DÜNYA

08 Aprel 2022 | 21:15 | Müəllif: Subhan Mahmudov

Türkiyə XİN Kramatorsk vağzalına hücumu pislədi

Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərindəki dəmir yolu stansiyasına endirilən raket zərbəsi ilə bağlı bəyanat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, nazirlik raket zərbəsi nəticəsində onlarla insanın ölümü və yaralanmasının kədərverici olduğunu bildirib.
“Bu faciəvi hadisə mülki əhalinin təhlükəsiz təxliyəsini təmin etmək üçün humanitar dəhlizlərin yaradılmasının vacibliyini və aktuallığını bir daha nümayiş etdirdi. Bu münasibətlə biz dərhal atəşkəsin təmin edilməsi və bu dağıdıcı müharibəyə son qoymağa dair çağırışımızı bir daha təkrar edirik”,- deyə nazirlik vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026