• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Deputatın oğlu axtarışa verildi

DÜNYA

08 May 2022 | 15:11

Deputatın oğlu axtarışa verildi

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan barəsində axtarış elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Shamshyan.com kriminal xəbər saytı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Vayots Dzorda yerləşən “Tamsar” yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə soxularaq onu döyməyə başlayıblar. Hücum edənlərdən biri, 27 yaşlı Baqratyan direktoru metal dəyənəklə vurub. Faktla bağlı cinayət işi başlanıb.

Məhkəmə onun həbsi ilə bağlı qərar çıxarsa da, Baqratyanın azadlıqda olduğu üzə çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR