• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Təyyarə iki hissəyə bölündü

DÜNYA

08 Aprel 2022 | 21:53 | Müəllif: Qalib İbrahimoğlu

Təyyarə iki hissəyə bölündü

Almaniyanın və dünyanın aparıcı logistika şirkəti - DHL-ə məxsus “Boeing 757” təyyarəsi Kosta Rikanın San Xose Xuan Santamaria Beynəlxalq Hava Limanında qəza enişi etdikdən sonra iki hissəyə bölünüb.

Bakıvaxtı.az-ın məlumatına görə, aviatravel.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, 22 ildir ki, istismarda olan təyyarə havaya qalxdıqdan 25 dəqiqə sonra onun hidravlikasında problem aşkar edilib və pilot aeroporta qayıtmağa qərar verib. Avialayner hava limanına endikdən sonra uçuş-enmə zolağından çıxıb və qırılma da burada baş verib. Heyət üzvlərindən heç biri xəsarət almayıb.

DHL hadisə ilə bağlı hava limanı mütəxəssisləri ilə birlikdə araşdırma aparıldığını və yekun qərar qəbul ediləcəyini bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR