• Bakı 22° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

U-17 Qazaxıstanı məğlub etdi

İDMAN

19 Fevral 2025 | 18:36 | Müəllif: Subhan Mahmudov

U-17 Qazaxıstanı məğlub etdi

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda qrupdakı son matçını qələbə ilə başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, İlham Yadullayevin çalışdırdığı kollektiv Qazaxıstan yığmasını 2:1 hesabı ilə üstələyib.

Millinin heyətində Əhməd Vəliyev (57) və İmran Süleymanzadə (66) fərqlənib.

Qeyd edək ki, U-17 daha əvvəl keçirdiyi görüşlərdə Rusiya millisinə 0:3 hesabı ilə məğlub olub, İranı isə üstələyib (1:0).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026