• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

UEFA AFFA-nı CƏRİMƏLƏDİ

İDMAN

16 Aprel 2024 | 13:34

UEFA AFFA-nı CƏRİMƏLƏDİ

UEFA AFFA-nı 1500 avro cərimələyib.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, buna ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsinin ləğv edilməsi səbəb olub.

Avropa futbol qurumunun Nəzarət, Etika və İntizam Komitəsi sözügedən qarşılaşmaya görə yığmamıza texniki məğlubiyyət vermişdi. Bu hal komandanın heyətində meydana çıxmaq icazəsi olmayan futzalçıdan istifadəyə görə yaşanıb.

Qeyd edək ki, Azərbaycan - Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı.


SON XƏBƏRLƏR

29 Aprel 2024