• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ukraynanın ABŞ-dan istədiyi silahlar - SİYAHI

DÜNYA

31 Mart 2022 | 21:08 | Müəllif: Subhan Mahmudov

Ukraynanın ABŞ-dan istədiyi silahlar - SİYAHI

Ukrayna ABŞ Konqresinə Rusiyaya qarşı müdafiə olunmaq üçün ehtiyacı olan silahların siyahısını təqdim edib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıya kəşfiyyat-zərbə dronları, taktiki radarlar, radioelektron mübarizə sistemləri və döyüş təyyarələri, xüsusən “Su-25”lər daxil olub.

Bundan əlavə, artilleriya sistemləri, zenit-raket kompleksləri, tankəleyhinə “Javelin” raketləri, gəmi əleyhinə raketlər və optik müşahidə cihazları da Ukraynanın ehtiyacı olduğu silahlar siyahısına daxil edilib.

Ukrayna tərəfi eyni zamanda yaralanmış hərbçilərin müalicəsi və zirehli texnikaların qonşu ölkələrdə təmiri üçün köməyə ehtiyacı olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026