• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Üzərindən  5 kiloqramdan artıq narkotik götürüldü

CƏMİYYƏT

23 Fevral 2023 | 09:05

Üzərindən 5 kiloqramdan artıq narkotik götürüldü

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinindən 5 kiloqramdan artıq narkotik vasitələr aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən Bakıvaxtı.az-a məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkumluq həyatı yaşamış Elşən İmanov şəhər ərazisində saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bükümlərdə qablaşdırılmış marixuana və tiryək aşkarlanıb.

Daha sonra onun yaşadığı ünvanda aparılan müvafiq axtarış zamanı 3 kiloqram 135 qram marixuana və 2 kiloqram 200 qram tiryək aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Üzərindən 5 kiloqramdan artıq narkotik götürüldüÜzərindən 5 kiloqramdan artıq narkotik götürüldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026