• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəhid anasını çəkiliş adı ilə kim aldadıb?  - FOTO

CƏMİYYƏT

24 Mart 2023 | 19:03

Şəhid anasını çəkiliş adı ilə kim aldadıb? - FOTO

Şəhid Elmar Şirinovun anası Amana Nəsirovanın çəkiliş adı ilə dələduzluğa məruz qaldığı iddia edilir.

Bakıvaxtı.az “Qafqazinfo”-ya istinadla  xəbər verir ki, bununla bağlı məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu yayıb.

Onun sözlərinə görə, bir nəfər televiziya işçisi olduğunu, Elmar haqqında süjet hazırlayacağını bildirərək şəhid anasından 200 manat alıb:

“Ana deyir ki, bu adam şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir. Adının Bəxtiyar olduğunu deyib, özünü qaçqın kimi tanıdıb”.

İddia ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elmar Cəbrayıl oğlu Şirinov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları, eyni zamanda “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

E.İslamoğlu şəhid anasını aldatmaqda ittiham olunan şəxsin fotosunu da paylaşıb. İddia rəsmi təsdiqini tapmadığı üçün onun şəklini açıq vermirik:


Şəhid anasını çəkiliş adı ilə kim aldadıb? - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026