• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

TƏCİLİ: Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu 

CƏMİYYƏT

23 Aprel 2023 | 14:54 | Müəllif: Subhan Mahmudov

TƏCİLİ: Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026