• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Zəngilanda Xarıbülbül növləri tapıldı

CƏMİYYƏT

23 May 2023 | 14:43

Zəngilanda Xarıbülbül növləri tapıldı

Zəngilanda iki növ yeni Xarıbülbül tapılaraq "Qırmızı kitab"ın lll nəşrinə əlavə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva deyib.

Onun sözlərinə görə, son dövrlərdə bitkilərin məhvi ən çox qlobal istiləşmə ilə əlaqələndirilsə də, alimlərin fikrincə, əsas səbəb antropogen faktorlardır:

"Xüsusilə bitkilərin erkən yazda çiçəklərinin qoparılması, kök boğazından qoparılması, kökümsov bitkilərin kökündən qoparılması, dərman məqsədilə bitkilərin kütləvi toplanılması məsələlərinin ciddi rolu var. Bununla bağlı da müəyyən tədbirlər hazırlanmalıdır".

O bildirib ki, "Qırmızı kitab"ın lll nəşri üçün Qarabağda da təftiş aparılıb:

"Topxana meşəsini də ANAMA-nın iştirakı ilə təftiş etdik. Oranın vəziyyəti, müasir florasını qismən də olsa, "Qırmızı kitab"ın lll nəşrinə əlavə etdik. Zəngilanda iki yeni növ aşkar etmişik ki, onlar indiyəcən Azərbaycan florası üçün göstərilməyib. Əməkdaşlarımız 86 ildir toplanılmayan Azərbaycan florasında olan bitkiləri toplayıblar, şəkilləri çəkilib, yerləri müəyyən edilib. "Qırmızı kitab"ın yazılması həm Botanika İnstitutunun Herbari fondunu zənginləşdirdi, həm də çox yeniliklərə nail olundu".

"Zəngilandan iki yeni növ Xarıbülbül cinsi tapsaq da, ən çox itməkdə olan da Xarıbülbül növləridir", - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR