• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ermənistan “Qarabağ Azərbaycandır” deyir: "Paşinyan həyatını itirə bilər"

CƏMİYYƏT

23 May 2023 | 14:51

Ermənistan “Qarabağ Azərbaycandır” deyir: "Paşinyan həyatını itirə bilər"

"Ermənistan Azərbaycan ərazisini 86 min 600 kvadrat kilometr olaraq tanıyır, bura Qarabağ da daxildir".

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyi məsələsi Bakı ilə Xankəndi arasında müzakirə olunmalı olan məsələdir.  

Paşinyanın açıqlamasını Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, Ermənistanın baş nazirinin bu bəyanatı Azərbaycan diplomatiyasının uğurudur.

“Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra belə Azərbaycana qarşı ərazi iddiaları vardı. Paşinyanın bu açıqlaması “Qarabağ Azərbaycandır” və Azərbaycana qarşı iddialarından əl çəkməsi deməkdir. Onu da bildirim ki, Qərbdə üç tərəfəli görüşlərdən sonra Paşinyanın bu açıqlaması Qərb-Rusiya qarşıdurmasına hesablanıb və tərəflər arasında vəziyyəti daha da gərginləşdirəcək”, - deyə Z.Qrayeva bildirib.

O qeyd edib ki, Paşinyan Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi məsələsini Bakı-Xankəndi arasında müzakirə edilməsini deməklə məsuliyyəti öz üzərindən atmaq istəyir: “Paşinyanın bu açıqlaması Azərbaycanın qəbul etmədiyi Bakı-Xankəndi formatının yaradılması üçün cəhddir. Moskva görüşü öncəsi Paşinya sülh danışıqlar prosesinin dala dirənməsini istəyir və bununla da zaman qazanmaq istəyir. Çünki Azərbaycan delmitasiya məsələsinin Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri daxilində həllinin tərəfdarıdır. Paşinyan bu şərtlər daxilində sülh müqaviləsinə imza atarsa, nəinki hakimiyyətini, hətta həyatını itirə bilər”.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026