Azərbaycan incəsənətinə ağır itki üz verib.
Bakıvaxtı.az xəbər verir ki, bədii qiraətçi, aktyor Ənvər Vəliyev dünyasını dəyişib.
Tanınmı. qiraətçi 78 yaşında vəfat edib.
Qeyd edək ki, Ənvər Vəliyev 14 may 1945-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1960-cı ildə Bakı şəhəri, Nərimanov rayonu 36 nömrəli orta məktəbi qızıl medalla bitirib.
Mirzaga Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə daxil olub və 1973-cü ildə İnstitutu bitirib.
Elə həmin il də İnstitutda saxlanılaraq müəllim kimi fəaliyyətini davam etdirmək təklifi alıb.
Allah rəhmət eləsin.
Aytac Aslan


jpg-1684836556.jpg)













